
Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxdı
- 12:00
- 31
"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxıb.
Rekord.az xəbər verir ki, bu, 37-ci turda "Brayton"la matçda (2:3) reallaşıb.
Misirli hücumçu həmçinin Afrika qitəsinin belə yüksək göstəriciyə çatan dördüncü nümayəndəsi olub. İlk 3 pillədə qərarlaşan Kolo Ture (Fil Dişi Sahili, 353 matç), Vilfrid Zaha (Fil Dişi Sahili, 305 matç) və Cordan Ayyudur (Qana, 303 matç).
Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir. O, buna qədər İngiltərə çempionatında "Çelsi"də (2014-2016) çıxış edib.