“Heydər Əliyev İli” ilə əlaqədar ümumtəhsil məktəblərin şagirdləri arasında şahmat üzrə Culfa rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində reallaşan birincilikdə 42 məktəbli iştirak edib.

Nəticələrə əsasən Mehman Quliyev I, Sərxan Muradov II, İdris Məmmədli isə III yerin sahibi olub. Fərqlənən iştirakçılar diplom, fəxri fərman və kitablarla təltif ediliblər.