Azərbaycan Voleybol Federasiyası jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransı keçirib. "Rekord.az" xəbər verir ki, qurumun prezidenti Şahin Bağırov qonaqları və media nümayəndələrini salamlayıb, tədbirdə iştirak etdikləri üçün onlara təşəkkürünü bildirib. Ölkə çempionatının növbəti mövsümünə start verildiyini deyən qurum rəhbəri federasiyanın hər zaman kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm verdiyini, medianın da voleybolumuzun inkişafında böyük rol oynadığını söyləyib.

O, həmçinin CEV-in prezidenti Aleksandar Boriçiçin və digər qonaqların tədbirdə iştirak etməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Cənab Boriçiçə göstərdiyi bu dəstəyə görə təşəkkürünü bildirib.