
“Şahdağ Qusar” – çempion!
- 21 May 2025 20:00
- 47
2-ci Liqada 2024/25 mövsümünə yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Dinamo” – “Şahdağ Qusar” oyunu qolsuz yekunlaşıb. Buna baxmayaraq, Qusar təmsilçisi mövsümü 72 xalla zirvədə başa vuraraq çempion olub.
“Qusar”ın qonağı olan “Şəfa” darmadağına imza ataraq gümüş medallara sahib çıxıb.
“Şəmkir” “Şəki Siti”ni, “Hypers Quba” isə “Araz Saatlı”nı 2 cavabsız qolla yenib. Bu nəticələrdən sonra “Şimal” bürünc medalların sahibinə çevrilib.
2-ci Liqa
26-cı tur
21 may
“Şəmkir” – “Şəki Siti” 2:0
Qollar: Akif Tağıyev, 57. Vidadi Cəfərov, 65-pen.
“Araz Saatlı” – “Hypers Quba” 0:2
Qollar: Hüseyn Novruzov, 36. Cavid İmamverdiyev, 90+4-pen.
“Dinamo” – “Şahdağ Qusar” 0:0
“Qusar” – “Şəfa” 0:9
Qollar: Emin Zamanov, 14. Əsgər Hüseynov, 22. Amil Yunanov, 27-pen; 40; 54; 72. Ülvi Quliyev, 76; 79. Samir Ağayev, 82.
Turun digər oyunları:
“Füzuli” – “Lerik” 0:1
“Kür-Araz” – “Ağdaş” 1:4
“Şimal” – “Göygöl” 2:0