
Sabiq “Neftçi”li klubunu dəyişdi
- 26 İyn 2025 17:30
- 41
"Neftçi"nin sabiq futbolçusu Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Çonnam Draqons" klubuna keçib.
Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Lebonla 2 illik müqavilə imzalanıb.
Lebon 2023-2025-ci illərdə "Neftçi"də oynayıb. O, daha sonra Yunanıstanın "Kalitea" klubuna keçmişdi.