"Sabah"ın rəqibi darmadağına üzüldü
- 21:40
- 21
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın rəqibi olan İsrailin "Hapoel" (Beer-Şeva) klubu Toto Kuboku matçında beşinci yer uğrunda oyuna çıxıb.
Rekord.az xəbər verir ki, son İsrail çempionu Hayfa "Hapoel"inə 0:4 hesabı ilə uduzub.
"Sabah"ın rəqibi meydana ikinci heyətlə çıxıb. Əsas heyət üzvlərinə isə istirahət verilib.
Xatırladaq ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-da Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.