"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi heyətinə daxil edildi
- 20:40
- 36
"Sabah" klubunun və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının 2-ci turunun rəmzi heyətinə daxil edilib.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Rəmzi yığmada müdafiəçilər Fredrik Şevold ("Bodo Qlimt"), Yeff Şabo ("Ştutqart"), Henrik Falkhener ("Vikinq") və Maksimiliano Arauxo ("Sportinq") yer alıblar.
Yarımmüdafiəçilər arasında Vitinya (PSJ) və Joan Manzambi ("Aston Villa"), hücumçulardan isə Lamin Yamal ("Barselona"), Bredli Barkola ("Liverpul"), Harri Keyn ("Bayern") və Nikolo Trezoldi ("Brügge") rəmzi heyətə daxil edilib.
"Sabah" UEFA Çempionlar Liqasının 2-ci turunda doğma meydanda Çexiyanın "Slaviya" klubunu 2:0 hesabı ilə məğlub edib."Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi heyətinə daxil edildi
"Sabah" klubunun və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının 2-ci turunun rəmzi heyətinə daxil edilib.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Rəmzi yığmada müdafiəçilər Fredrik Şevold ("Budyo-Qlimt"), Yeff Şabo ("Ştutqart"), Henrik Falkhener ("Vikinq") və Maksimiliano Arauxo ("Sportinq") yer alıblar.
Yarımmüdafiəçilər arasında Vitinya (PSJ) və Joan Manzambi ("Aston Villa"), hücumçulardan isə Lamin Yamal ("Barselona"), Bredli Barkola ("Liverpul"), Harri Keyn ("Bavariya") və Nikolo Trezoldi ("Brügge") rəmzi heyətə daxil edilib.
"Sabah" UEFA Çempionlar Liqasının 2-ci turunda doğma meydanda Çexiyanın "Slaviya" klubunu 2:0 hesabı ilə məğlub edib.