Təxirə salınmış oyun keçirilib
- 16:46
- 26
Kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Super Liqada təxirə salınmış görüş keçirilib.
5-ci turun bu qarşılaşmasında "Gənclər" və "Neftçi" klubları üz-üzə gəliblər. Abşeron OİK-də təşkil olunan oyun 4 set davam edib. "Neftçi" klubu səfər matçından 3:1 hesablı qələbə ilə ayrılıb.
Super Liqa
29 noyabr
V tur
"Gənclər" – "Neftçi" 1:3 (15:25, 31:29, 12:25, 15:25)