“Neftçi”nin əvəzedicilərindən darmadağın
- 18:00
- 29
Əvəzedicilər Liqasında 10-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.
“Sumqayıt-2” “Şəfa-2” üzərində, “Qəbələ-2” də “Qarabağ-2” üzərində qələbəyə sevinib. “Şamaxı-2” isə “Neftçi-2” ilə ev oyununda darmadağına üzülüb.
Əvəzedicilər Liqası
10-cu tur
28 noyabr
“Sumqayıt-2” – “Şəfa-2” 3:1
Qollar: Emil Həsənov, 50; 90+3. Nihad Orucəli, 66 - Ramin Nəsirli, 74-pen.
“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Səbuhi Niftiyev, 33-öz qapısına. Hüseyn Xasməmmədli, 40. Ömər Kərimov, 90+3.
“Şamaxı-2” – “Neftçi-2” 1:6
Qollar: İsmayıl Səməndərli, 85 - Aslan Şirinov, 14; 51. Salumu Sissoko, 38; 60. Tunar Mehdiyev, 58. Altun Xancanlı, 63.