Növbəti həftənin voleybol oyunlarının proqramı açıqlanıb
- 20:07
- 29
Gələn həftə keçiriləcək yerli və beynəlxalq voleybol yarışlarının proqramı açıqlanıb. "Rekord.az" xəbər verir ki, həftə ərzində avrokuboklarda iki qarşılaşma baş tutacaq.
Dekabrın 2-də qadınlardan ibarət "Turan" klubu Çempionlar Liqasının D qrupunda Türkiyənin "Eczacıbaşı" kollektivinin qonağı olacaq. Həmin gün "DH Volley" CEV Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyununda Polşada "LKS Commercecon Lodz" klubu ilə qarşılaşacaq.
Azərbaycan Super Liqasında da qadınlar və kişilər arasında növbəti turun oyunları keçiriləcək. Kişilərin yarışında 7-ci, qadınların yarışında isə 5-ci tur çərçivəsində ümumilikdə beş görüş baş tutacaq.
2 dekabr
CEV Çempionlar Liqası (qadınlar)
D qrupu
20:30 "Eczacibasi Peron ISTANBUL" - "Turan"
2 dekabr
CEV Çelenc Kuboku (qadınlar)
1/16 final mərhələsi, 2-ci oyun
21:00 "LKS Commercecon LODZ" - "DH Volley"
2 dekabr
Super Liqa (kişilər)
VII tur
16:00 "Gənclər" - "Murov Az Terminal"
3 dekabr
Super Liqa (qadınlar)
V tur
16:00 "Azərmaş Abşeron" - "Milli Aviasiya Akademiyası"
16:00 UNEC - "AZERRAIL"
3 dekabr
Super Liqa (kişilər)
VII tur
17:00 "Neftçi" - "ORDU"
18:00 "AZERRAIL" - "Xilasedici"
