“Kəpəz”ə qarşı oyunumuz həmişə çətin keçir” – Berdıyev
- 19:30
- 28
“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 13-cü turunda “Kəpəz”i qəbul edib.
Rekord.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı vacib qələbə qazandıqlarını bildirib:
“Güman etdiyimiz kimi, çətin oyun oldu. “Kəpəz”ə qarşı oyunumuz həmişə çətin keçir. Yaxşı orta xətləri var. Sevindirici haldır ki, uşaqlar xarakter göstərdi və vacib qələbə qazandıq.
Rəqibin baş məşqçisinin bir xalı haqq etdiklərini deməsi onun fikridir. Mən buna münasibət bildirə bilmərəm”.