“Rəqibə o imkanları vermədik və qalib gəldik” - Azər Bağırov
- 17:30
- 29
"Neçə oyundur uduzurduq, qələbə qazana bilmədiyimizə görə, futbolçuların üzərində böyük təzyiq var idi. Amma şükürlər olsun ki, ilk dəqiqələrindən qələbə ruhunu uşaqlarda gördüm. Yaxşı hücum qurduq, qol vurduq. Ümumilikdə istədiyimiz oyunu sərgiləyə bildik. "Qəbələ"nin də yaxşı futbolçuları olduğunu bilirik. Rəqibə o imkanları vermədik və qalib gəldik. Üzərimizdən bir az da olsa, məğlubiyyətlərin, qələbəsizliyin stressi götürüldü. İrəliyə baxacağıq, "Qəbələ"yə də uğurlar arzulayıram".
Rekord.az xəbər verir ki, bu sözləri “Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 13-cü turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Bağırov son 5 oyunun evdə olmasının onlar üçün üstünlük olmasına da münasibət bildirib:
“Hamı bizə üç xal gözü ilə baxır, biz isə belə baxmırıq. Qarşımızda bir məqsəd var. Futbolçularda da bəzi komponentlər var ki, onları aşılamaq istəyirik. Sırf yer uğrunda düşünmək, udarıq 4-cü olacağıq, uduzarıq 5-ci olacağıq. Bu haqda düşünmürük. Oyundan-oyuna hansısa gedişləri düşünürük. Sonda necə olacaq, hansı yerdə olacağıq, sonda bilinəcək”.