
“Sabah”ın legioneri Qazaxıstan yığmasında
- 21 May 2025 18:40
- 39
“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan yığmasına dəvət olunub.
Rekord.az xəbər verir ki, legioner qapıçı 36 nəfərlik heyətdə yer alıb.
Qazaxıstan millisi iyunun 5-də Belarusla yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Qazaxlar 4 gün sonra DÇ-2026-nın seçmə mərhələsində Şimali Makedoniya ilə üz-üzə gələcəklər.
Pokatilov sonuncu dəfə Qazaxıstan yığmasının qapısını ötən ilin noyabrında Norveçlə görüşdə (0:5) qoruyub.