
“Sabah”ın futbolçusunun durumuna aydınlıq gəldi
- 17:00
- 45
"Sabah"ın futbolçusu Coy-Lens Mikelsin qabırğası əzilib.
Rekord.az xəbər verir ki, Misli Premyer Liqasının VII turunda "Karvan-Yevlax"la oyunda zədə alan hücumçu tam tibbi müayinədən keçib.
Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb.
Həkimlərin rəyinə əsasən, futbolçuya qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.
Qeyd edək ki, hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb. Qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:0.