
“Sabah”ın ÇL-in müntəzəm mövsümündəki rəqibləri müəyyənləşdi
- 02 İyl 2025 17:45
- 42
"Sabah" basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində baş tutub.
Püşkatmanın nəticələrinə əsasən, Bakı klubu B qrupunda "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.