
“Sabah”ın “Çelye” ilə ev matçının hakimləri müəyyənləşdi
- 28 İyn 2025 18:40
- 47
Avropa Liqasının ilk təsnifat mərhələsində baş tutacaq "Sabah" - "Çelye" (Sloveniya) matçının hakimləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona Samat Terqeussizov və Sergey Klaçyov kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək.
VAR hakimi fransalı Bastyen Deçepi, VAR köməkçisi qazaxıstanlı Aidin Tassabayev olacaq.
“Sabah" “Çelye”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.