“Sabah”ın basketbolçusu Kamron Blu karyerasını Dominikan Respublikasının Milli Basketbol Liqasında çıxış edən “İndios”da davam etdirəcək.


Rekord.az xəbər verir ki, bu barədə San-Fransisko-de-Makoris şəhərində yerləşən klubun mətbuat xidməti bildirib.


“Kamran Blu ilə müqavilə bağladığımızı məmnuniyyətlə elan edirik. 6’7’’ boya (2,01 m – red.) malik bu 24 yaşlı oyunçu öz atletliyi və orta və uzaq məsafədən yaxşı atışları ilə tanınır”, – mətbuat xidməti qeyd edib.


Basketbolçunun “Sabah”la birgə çempion olduğu, komandada orta hesabla 12,3 xal, 3,2 ribaund və 1,2 ələkeçirmə göstəriciləri ilə çıxış etdiyi vurğulanıb.


Xatırladaq ki, Blu “Sabah”a ötən ilin yanvarında qoşulmuşdu.