“Sabah” müdafiəçisi Sofian Çakla ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.


Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.


"Sabah" bunadək Şakir Seyidov, Con İrasabal, Namik Ələskərov və Vinsent Tillə də yollarını ayırıb.