
“Sabah”da ilk ayrılıq
- 23 May 2022 19:30
- 593
“Sabah” FK Slavik Alxasovla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Alxasov 2020-ci ilin iyul ayından bu komandanın üzvü idi.
Slavik Alxasova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.