“Sabah” BK amerikalı basketbolçu Trey Sampsonla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub Treyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Sampson “Sabah”ın heyətində geridə qalmış mövsümdə Azərbaycan çempionu olub.