“Sabah”ın növbəti mövsüm üçün büdcəsi bir qədər də artırılacaq.

Rekord.az-a daxil olan məlumata görə, futbola böyük sərmayə yatıran klub rəhbərliyi növbəti mövsümdən daha güclü komanda formalaşdırın çempionluq uğurunda mübarizə aparmağı hədəfləyib.

Artıq bir sıra futbolçularla təmasa da keçilib. Murad Musayevin də qarşısında məhz bu cür şərt qoyulub. Bununla bağlı mövsümün sonubda rəhbərliklə rusiya məşqçi arasında görüş də nəzərdə tutulub. Sadəcə, komandanın avrokuboklara vəsiqə qazanıb-qazanmayacağı dəqiqləşməlidir. Gələcək planlar buna görə qurulacaq. Yeni transferlər üçün əlavə büdcə isə istənilən halda, olacaq və buna artıq qərar verilib.