«Qəbələ»nin nigeriyalı hücumçusu Ceyms Adeniyi «Sabpah»ın maraq dairəsinə düşüb.

Rekord.az-ın məlumaatıına görə, bir müddət əvvəl «Hapoel»dən geri dönən afrikalı Masazır təmsilçisinin transfer siyahısında yer alıb.

«Göy-ağlar»ın baş məşqçisi Visente Qomes adıçəkilən forvardın komandanı gücləndirəcəyi qənaətindədir.

2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi həmin mövsüm 31 oyuna 12 qol vurmuşdu. Afrikalı forvard 2019/2020 mövsümünü icarə əsasında İsrailidə - "Hapoel"də (Kiryat-Şmona) keçirib. (sportinfo.az)