
"Sabah" qapıçı transfer etməyəcək
- 09 İyl 2022 17:00
- 589
Növbəti mövsümdən iddialı olacağı gözlənilən "Sabah" təcrübəli qapıçı transfer etməycək.
Rekord.az xəbər verir ki. bununla bağlı açıqlamanı komandanın baş məşqçisi Murad Musayev sport24.az-a açıqlamasında deyib.
Səbəbini isə belə izah edib: "Nicat Mehbalıyev icarədən qayıdıb. O, "Qəbələ"də yaxşı mövsüm keçirdi. Yusif İmanov da bizdə sonluğu yaxşı keçirdi, soyuqqanlı çıxış elədi. Üstəlik, digər qapıçılarımız da var ki, onlara rəqabət yarada bilərlər. Bu, yaxşıdı. Fikrimcə, bu rəqabətin bizə faydası dəyəcək. Qoy, aydınlaşdırsınlar ki, kim aralarında ən güclüdü. O yaxşıdı ki, arxayınlaşmaq olmaz, daim işləyib özünü sübut etmək lazımdı".