"Sabah" onu toplanışa apardı, amma yenə icarəyə verəcək
- 13:00
- 82
Ötən mövsümün ilk yarısını "Sumqayıt"da, ikinci yarısını isə "Karvan"da keçirən Rauf Rüstəmli hazırda müqavilə ilə məxsus olduğu "Sabah"ın düşərgəsindədir.
Rekord.az xəbər verir ki, futbolçu Masazır təmsilçisi ilə ölkə xaricinə toplanışa yollanıb.
Lakin əldə etdiyimiz məlumata görə, Dambrauskas istənilən halda, nə avrokubok matçlarında, nə də yeni mövsümdə ona şans verməyi düşünmür. Böyük ehtimalla Bakıya qayıdandan sonra Rauf yenidən yerli klublardan birinə icarəyə veriləcək.