"Sabah" NTD-yə qalib gəldi
- 21:00
- 29
Azərbaycan Basketbol Liqasında 17-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, turun son qarşılaşması "Sabah" və NTD arasında baş tutub.
Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 103:87 hesablı qələbəsi ilə başa çatıb.
Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107), "Abşeron Lions" "Gəncə"ni (81:71), "Ordu" "Quba"nı (98:87), "Neftçi" "Şəki"ni (93:77) məğlub edib.