“Sabah” - “Neftçi” oyununun biletləri artıq satışdadır!
- 17:45
- 32
"Sabah" Misli Premyer Liqasında 2025/26 mövsümünün son ev oyununda "Neftçi"ni qəbul edəcək.
Rekord.az xəbər verir ki, bu qarşılaşmada futbol ab-havasını yaşamaqla yanaşı, sizi bir-birindən maraqlı sürprizlər də gözləyir:
Oyunu stadiondan izləyən 2 azarkeş "Sabah", "Bank Respublika" və "Azərlotereya"nın dəstəyi ilə komandamızın UEFA Çempionlar Liqasındakı ilk səfər oyununa yollanmaq şansı qazanacaq.
Oyundan sonra 2025/26 mövsümünün çempionu olan "Sabah"a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
Matçdan 2 saat öncə azarkeşlər üçün hədiyyəli fan zona fəaliyyət göstərəcək.
Oyundan sonra tanınmış "Qara Dərviş" qrupunun iştirakı ilə möhtəşəm şou proqram keçiriləcək.
32-ci tur çərçivəsində baş tutacaq oyun mayın 17-də, saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Biletləri onlayn olaraq https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk26, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.
Biletləri onlayn olaraq https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk26, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.