Basketbol üzrə son ölkə çempionu "Sabah" Azərbaycanı FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək.


Rekord.az xəbər verir ki, bu, Azərbaycan basketbol tarixində ilk olacaq.


Xatırladaq ki, "bayquşlar" FIBA Çempionlar Liqasının təsnifat mərhələsində iştirak etsə də, heç vaxt müntəzəm mövsümə vəsiqə qazana bilməyib.