Azərbaycan idmançılarından Mersində qızıl medal
- 13:30
- 33
Türkiyənin Mersin şəhərində keçirilən 9-cu "Uluslararası Altın Kanca Surfkastinq Turnuvası"nda Azərbaycan idmançıları birinci yeri tutublar.
Rekord.az xəbər verir ki, oktyabrın 2–dən 4-dək təşkil olunan yarışda Bakı Balıqçılar Klubunun təmsilçiləri Çingiz Qəniyev və Nəcəf Qurbanov ölkələrarası birincilikdə qalib gəliblər.
Azərbaycan təmsilçiləri Şimali Kipr, Tunis, Yunanıstan və Mərakeşdən olan rəqiblərini geridə qoyublar.
Təmsilçilərimiz bu turnirə Gənclər və İdman Nazirliyi və AZSİF-in dəstəyi ilə qatılıblar.