
“Sabah” fanatlarından Mikelsə xüsusi təbrik - VİDEO
- 21 Avq 2022 21:26
- 383
“Sabah” azarkeşləri yenicə qız övladı dünyaya gələn komandanın bombardiri Coy-Lens Mikelsi özünəməxsus şəkildə təbrik ediblər.
Rekord.az xəbər verir ki, onlar Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutan “Neftçi” ilə oyunda bununla bağlı xüsusi pankart hazırlayıblar.
Pankartda “Ailəmizə xoş gəldin, Nia Mikels” sözləri qeyd olunub. Matçdan sonra Coy-Lens Mikels azarkeşlərin asdığı pankarta yaxınlaşaraq onu öpüb.