
“Sabah” 25-ci dəfə bu aqibətlə üzləşdi
- 15 Mar 2022 12:40
- 489
“Sabah” Premyer Liqada 25-ci ev məğlubiyyətini alıb.
Rekord.az xəbər verir ki, bu, 19-cu tura təsadüf edib.
“Qarabağ”ı qəbul edən Bakı klubu 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi öz meydanındakı 47-ci matçda 25-ci dəfə xalsız qalıb.
“Sabah” ilk ev məğlubiyyətini 2018-ci il avqustun 19-da “Sumqayıt”dan alıb – 1:4.
Qeyd edək ki, bakılılar evdə 25 və daha çox oyunda uduzan 23-cü komanda olub. Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 78 dəfə öz meydanında xalsız qalıb.