Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş yeniyetmələr arasında taekvondo idman növü üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən rayon turnirinin yekununda qalib idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.