Olimpiya mükafatçısı Rüstəm Orucov martın 16-17-də Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunda idman komissarı vəzifəsini icra edib.

Rekord.az xəbər verir ki, Orucov bu ilin fevralından Avropa Cüdo Birliyinin təşkil etdiyi turnirlərdə idman komissarı kimi fəaliyyət göstərib.