Rusiyadan Azərbaycanla bağlı növbəti təxribat. 

Rekord.az xəbər verir ki,  "Komsomolskaya pravda" qəzetinin saytı Çempionlar Liqasının pley-off mərhələsində baş tutan "Qarabağ" - "Viktoriya" matçından sonra hazırladığı yazıda Ağdam təmsilçisini Bakı klubu kimi təqdim edib.

Belə ki, müəllifi Lyubov Troşkina olan "Qarabağ" və "Viktoriya Plzen" Çempionlar Liqasının pley-off mərhələsinin 1-ci raundunda heç-heçəyə oynadılar" başlıqlı yazıda bunlar qeyd olunub: "Bakı "Qarabağ"ı matç ərzində böyük üstünlüyə malik olsa da, rəqib qapısına yol tapa bilmədi. Yekunda qolsuz heç-heçə gerçəkləşdi".