
Rusiya çempion, millimiz 3-cü oldu
- 12:30
- 39
III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışının qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, finalda Özbəkistan Rusiya ilə qarşılaşıb.
Qəbələ Olimpiya Kompleksində baş tutan görüşdə Rusiya qalib gəlib - 3:0.
Xatırladaq ki, ötən gün yarımfinalda uduzan Azərbaycan millisi bürünc medalla kifayətlənib.
Badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.