
Rumıniyada "Zirə"də qazandığından çox qazanacaq
- 08 İyl 2022 20:36
- 513
"Zirə"dən qarşılıqlı razılaşma əsasında ayrılan Brayan Alseusun yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, “Qartallar”la 1,5 illik müqaviləsini vaxtından əvvəl pozan 26 yaşlı yarımmüdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.
Haitili "Arceş"ə transfer olunub. O, son mövsümün ikinci yarısını "Zirə"də keçirib və qəsəbə təmsilçisinin heyətində 6 matçda meydana çıxıb.
Rumınlar onunla 1 illik müqavilə imzalayıb. Alseus yeni klubunda 100 min avro qazanacaq. Bu isə “Zirə”də əldə etdiyi gəlirdən xeyli çoxdur.
Haitilinin Azərbaycanda aylıq əməkhaqqısı 80 min dollar olub.