
Ronaldo və Giqqzin ÇL-dəki nailiyyəti təkrarlandı
- 11 Dek 2024 13:01
- 141
Almaniyanın "Bayern" klubunun futbolçusu Tomas Müller UEFA Çempionlar Liqasında Kristiano Ronaldo və Rayan Giqqzin nailiyyətini təkrarlayıb.
Rekord.az xəbər verir ki, 35 yaşlı oyunçu buna Ukraynanın "Şaxtyor" komandasına qalib gəldikləri (5:1) Liqa mərhələsinin 6-cı turunun matçında fərqlənməklə nail olub.
Müller, Ronaldo və Giqqz ardıcıl olaraq ÇL-də ən azı bir qol vurmaqla 16 mövsüm keçiriblər. Yalnız Lionel Messi və Kərim Benzema 18 mövsümdə fərqləniblər.
Müller cari mövsüm bütün yarışlarda 20 qarşılaşmada iştirak edib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.