"Əl-Nəsr" futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.


40 yaşlı hücumçunun yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 


Ronaldo 2023-cü ilin yayından "Əl-Nəsr"də çıxış edir. Portuqaliyalı hücumçu başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib.