RƏSMİ! "Turan Tovuz" avrokuboklara getməyəcək!
- 15 İyn 2026 23:29
- 42
"Turan Tovuz" 2026/27-ci illər mövsümündə avrokuboklarda iştirak etməyəcək. "Rekord.az" xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. Onu olduğu kimi sizə təqdim edirik:
İdman Arbitraj Məhkəməsi (CAS) klubumuzun müraciəti ilə bağlı qərarını açıqlayıb. Qurum UEFA Appelyasiya Orqanının klubumuz haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb. 15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2025/2026-cı illər mövsümündə iştirak etməyəcəyik.