
Renatın komandası evdə xal itirdi
- 10:30
- 31
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Motor” Ekstraklasanın 10-cu turunda "Radomyak”ı qəbul edib.
Qarşılaşma 2:2 hesabıyla başa çatıb. Renat 79-cu dəqiqədə meydana buraxılıb.
Dadaşovun komandası 10 turdan sonra 11 xalla 10-cu pillədə qərarlaşıb.