PFL rəhbərliyi - vitse-prezident Aslan Şahgəldiyev və Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov İmişlidə işgüzar səfərdə olublar.

Rekord.az xəbər verir ki, onlar 1-ci Divizionda yeni mövsümdə çıxış edəcək "İmişli"nin ev oyunlarını keçirəcək stadionunu təyin etmək üçün İmişli şəhər stadionuna baxış keçirib.

Bu haqda "İmişi" klubunun rəsmi "Facebook" səhifəsində məlumat verilib. Stadionun ot örtüyü standartlara cavab vermədiyi, infrastrukturun yaxşı vəziyyətdə olmadığı üçün ev oyunlarını Saatlı Olimpiya İdman Kompleksinin meydançasında keçirilməsinə qərar verilib.

Qeyd edək ki, bu haqda ilk xəbəri Rekord.az yaymışdı: https://rekord.az/news/imisli-saatliya-kocur/36122