Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Kuzeyboru" 3-cü tur çərçivəsində "THY"nın qonağı olub. 

Səfər görüşü hücumçumuzun komandası üçün yaxşı keçməyib. Polina və rəfiqələri 3 set davam etmiş qarşılaşmada quru hesabla uduzublar - 0:3 (11:25, 24:26, 22:25).

"Kuzeyboru"nun meydandan məğlub ayrıldığı oyunda voleybolçumuz 12 xal qazanıb. Rəhimova meydan sahiblərini 9 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə blokda məyus edib.