Qadın voleybolçular arasında Türkiyə birinciliyində növəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın formasını geyindiyi "Kuzeyboru" 5-ci turda "Bolu BLD" ilə qarşılaşıb. 

Səfərdə baş tutan görüş Aksaray təmsilçisi üçün uğurlu alınıb. Meydan sahiblərinə yalnız bir setdə sevinmək şansı verən Polina və rəfiqələri evə qələbə ilə dönüblər. 4 hissə davam edən matçda hücumçumuzun komandası 3:1 (25:18, 27:25, 14:25, 25:13) hesablı qələbə qazanıb. 

Komandasının növbəti xallarını qazandığı görüşdə milli voleybolçumuz əvəzetmə ilə oynayıb. Rəhimova meydanda olduğu müddətdə 3 dəfə fərqlənib. O, xalların hamısını hücumda qazanıb.