Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimova Türkiyə çempionatında ilin son oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Kuzeyboru" 13-cü turda "PTT" ilə üz-üzə gəlib. 

Rəqib meydanında baş tutan görüş Polina və rəfiqələri üçün uğursuz alınıb. Milli voleybolçumuzun komandası 4 hissə davam edən matçda 1:3 (15:25, 13:25, 25:21, 23:25) hesabı ilə uduzaraq ili məğlub başa vurub. 

Komandasının xalsız qaldığı qarşılaşmada hücumçumuz 8 xal qazanıb. Rəhimova meydan sahiblərini 6 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.