Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Vyetnma çempionatında çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, hücumçumuzun komandası finalda məğlub olaraq gümüş medal qazanıb. 

Təcrübəli voleybolçumuz həmçinin şəxsi mükafata da layiq görülüb. Rəhimova Vyetnam liqasının ən yaxşı hücumçusu (Best spiker) seçilib. 

Qeyd edək ki, bu çempionatda yığmamızın digər hücumçusu Odina Əliyeva da çıxış edib və bürünc medal qazanıb.