Respublika stadionunun 75 illiyinə həsr olunmuş matçda "Neftçi" qalib gəldi
- 04 Okt 2026 17:00
- 180
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə "Neftçi" (Azərbaycan) və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq oyunu keçirilib.
Rekord.az xəbər verir ki, sözügedən arenada baş tutan qarşılaşma "Neftçi"nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.