Yusifov Bakıda keçirilən DÇ-nin finalında!
- 17:30
- 38
Azərbaycan cüdoçusu Əhməd Yusifov Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında növbəti qələbələrini qazanıb.
Rekord.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda rusiyalı Ayub Bliyevi mübarizədən kənarlaşdırıb.
O, yarımfinalda Yanq Yunq Veylə (Çin Taypeyi) qarşılaşıb. Bu rəqibini də üstələyən Əhməd finala vəsiqə qazanıb.
Yusifov bu gün finalda Şerzod Davlatovla (Qazaxıstan) qarşılaşacaq.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.