Ardıcıl üçüncü darmadağın
- 21:00
- 43
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci turun seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
Rekord.az xəbər verir ki, millimiz Albaniya yığması ilə qarşılaşıb.
Görüş Albaniya komandasının 7:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını 25-ci dəqiqədə Sara Səlimova və 32-ci dəqiqədə Məryəm Səmədli vurublar.
Xatırladaq ki, komandamız qrupda daha əvvəl İrlandiyaya 0:16, Kosovoya isə 3:8 hesabı ilə məğlub olub.