Balabəy Ağayev 1/8 finalda uduzdu
- 14:30
- 35
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizə aparıb.
Rekord.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.
B.Ağayev 1/8 finalda ABŞ-dən olan Conatan Yanqla üz-üzə gəlib. Azərbaycan cüdoçusu bu rəqibinə məğlub olub.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.