“Qrup birincisi olmaq artıq öz əlimizdə deyil”
- 19:37
- 45
Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı səfər oyunu haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Meydanda iki bərabər səviyyəli komanda mübarizə aparırdı. Qol vəziyyətlərindən istifadə edə bilmədik. Amma rəqib bundan daha yaxşı istifadə etdi. Azərbaycan millisini təbrik edirəm".
Baş məşqçi oyunda hakimliyə də toxunub:
"Qrup birincisi olmaq artıq öz əlimizdə deyil. VAR qərarına gəlincə, ümumiyyətlə, hakim bütün məsələlərdə Azərbaycan millisinin xeyrinə qərar verdi. Buraxdığımız qoldan əvvəl Azərbaycan millisinin oyunçusu qaydanı pozmuşdu. Həmçinin bir sıra epizodlarda rəqibə simpatiya göstərdi".