"Kəpəz"in qış planı: yeni legionerlər, yoxsa xaricdə toplanış?
- 11:00
- 39
Xəbər verdiyimiz kimi, “Kəpəz” bir neçə gün əvvəl “Gəncə Park Residence” ilə sponsorluq müqaviləsi imzalanıb.
Rekord.az xəbər verir ki, razılaşmaya əsasən, 2026/27 mövsümü ərzində Gəncə təmsilçisinin oyun formasının arxa hissəsində “Gəncə Park Residence”ə məxsus “Gəncə Park City” brendinin loqosu yer alacaq.
Bu, həm də kluba əlavə maliyyə axını deməkdi. Bununla bağlı rəsmi məlumat açıqlanmasa da, ayrılacaq məbləğin heç də az olmadığına dair məlumatlar almışıq. Hətta bunun əyani sübutunu qış fasiləsi dönəmində görə bilərik. Əldə etdiyimiz məlumata görə, yeni sponsorun ayıracağı vəsaitin iki istiqamətdə xərclənməsinə dair müzakirələr var. Ya qışda əlavə iki yeni legioner alınacaq, ya da komanda ölkə xaricində yüksək səviyyədə toplanış keçəcək. Hansı variantın seçiləcəyi isə qışa doğru qeydə alınacaq nəticələrdən asılı olacaq.